Aqolutin Ampula N5

Array
15,30 ₼

Təsiredici maddələr

Progesteron

Email

Beynəlxalq patentləşdirilməmiş adı: Progesterone

 

Tərkibi

Təsiredici maddə:   1 ml  məhlulun  tərkibində 30  mq  progesteron  vardır.

Köməkçi maddələr: benzil  spirti, benzilbenzoat, günəbaxan yağı.

 

Təsviri

Yağlı məhluldur.

 

Farmakoterapevtik qrupu

Cinsi hormon və cinsiyyət sisteminin modulyatorları, gestagenlər.

ATC kodu: G03DA04.

 

Farmokoloji xüsusiyyətləri

Farmakodinamikası

Klinik praktikada çatışmayan progesteronu əvəz etmək üçün təbii progesteron kimi istifadə olunur. Progesteronun istifdəsini göstərən sübutların çoxu 10 ildən artıq hormonal preparatın çox sayda dərman formalarının istifadəsindən sonra  emprik xarakter daşıyır. Açıq klinik tədqiqatların nəticələri mövcuddur, menstruasiyaönü gərginliyi göstərmək üçün progesterondan sonra ikiqat kor effektli ramdomizəolunmuş nəzarətli tədqiqatda placebo ilə müqayisədə əldə edilən nəzərəçarpacaq yaxşı nəticələr məlumdur

Farmakokinetikası

30mq progesteronun əzələdaxili inyeksiyası lütein fazada plazma səviyyəsinə uyğun

20-40 nmol/l-1 plazma səviyyəsi yaradır. 50 mq-dan yüksək olan dozalar hamiləlik zamanı səviyyələrə yaxın səviyyələr yaradır. Plazma yarımparçalanma dövrü çox qısadır

Paylanması

Paylama mərhələsi 3-dən 6 dəqiqəyə qədərdir. Paylanma  həcmi 17-dən 19 l-ə qədər arasında dəyişir; progesteron tədricən ifraz olunan yağ tərəfindən əmilir. Dövr edən progesteron plazma albumini ilə əlaqələndirilir, nəticədə 95% -dən 96% -ə qədər kortikosteroidlər bağlayan globulin ilə əlaqələndirilir. Onurğa beyni mayesində konsentrasiyası plazma səviyyəsinin 10% -ə çatır.

Aktiv maddə ana südü üçün plasental baryerdən keçir.

Biotransformasiyası

Xüsusilə qaraciyərdə - təxminən 65%, həmçinin böyrəklərdə, beyində, uşaqlıq və həmçinin dəridə metabolizmə olunur. Preqnondiola biotransformasiya olunur

Eliminasiyası

Pregnandiol sidikdə qlükononat şəklində ifraz olunur. Həmçinin əhəmiyyətli enterohepatik dövranla, təxminən 10% nəcislə xaric olunur. Eleminasiya mərhələsi 19-dan 95 dəqiqəyə qədərdir.

 

İstifadəsinə göstərişlər

Yumurtalığın sarı cismində progesteron sintezinin çatışmazlığı (endometriumun sekretor transformasiyası yoxdur)

Menstrual siklin hipofunksional pozğunluğu ya disfunksional uşaqlıq qanaxmaları

Hamiləlik zamanı progesteron sintezinin çatışmazlığında təkrari düşük hallarında hamiləliyi saxlamaq üçün

Predmenstrual sindrom və doğuşdan sonrakı depressiyanın profilaktikası zamanı

Diaqnostik olaraq yumurtalığın sarı cismində progesteron sintezinin çatışmazlığı (anovulyasiya) zamanı qanaxmanın induksiyası, endometriyanın tez ayrılması üçün progesteron testi üçün istifadə olunur

 

Əks göstərişlər

Təsiredici maddəyə ya hər hansı bir əlavə maddəyə həssaslığın artması.

İstifadə etməyin:

- Üzvi səbəb istisna edilmədən əvvəl uşaqlıq qanaxması

- estrogenlərin eyni vaxtda verilməməsi ilə disfunksiyanal uşaqlıq qanaxması;

- tromboflebit ilə,

- tromboembolik xəstəlik zamanı,

- anamnezdə ağciyər emboliyası;

- kəskin və xroniki qaraciyər xəstəlikləri zamanı

- laktasiya dövründə.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Nisbi əks göstərişdir: astma, epilepsiya, kardiopatiya, maye ləngiməsi riskini artırmasına görə böyrək disfunksiyalarında. Belə pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Progesteron qaraciyərin funksiyasını pisləşdirir,  kəskin və xroniki qaraciyər xəstəliklərində əks-göstərişdir. Böyrək xəstəliklərində mütləq əks-göstərişləri məlum deyil, maye ləngiməsi riskini artırmasına görə ehtiyatla istifadə etmək lazımdır.

Progesteron insulinin bazal plazma səviyyəsini artırır, uzun müddətli istifadəsi zamanı qlükozaya tolerantlığı azalda bilər. Çox yüksək dozada dozadan asılı olaraq hipnotik effekt baş verə bilər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Klinik olaraq əhəmiyyətli qarşılıqlı təsirlər məlum deyil. Antihistamin preparatlar, fenobarbital, fenitoin, rifampisin, primidon, karbamazepin progesteronun təsirini azaldır. Siklosporin progesteronun plazma səviyyəsini artırır, onun metabolizmini tormozlayır. Əgər endometriozlu qadın sintetik progestagenlər qəbul edirsə məsələn, noretisterone progesteronun istifadəsi zamanı potensial faydalı qarşılıqlı təsirlər ola bilər. Progesteron zülalla və qalxanabənzər vəzi tərəfindən radioaktiv yodun udulmasıyla əlaqəli yanlış neqativliyə ya yodun təyin edilməsi üçün dəyərlərin azalması səbəb olur

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

"Şübhəli" bir abortdan şübhələnilmədiyi təqdirdə hamiləlik təbii ya “təmiz”sintetik gestagenlər (heç bir androgen və estrogen əlavə təsirləri olmadan) üçün əks göstəriş deyildir. Hamiləlik zamanı təyinatı ancaq progesteronun sekresiyasının sübut olunmuş çatışmazlığı hallarında, təkrar abortların profilaktikasına kömək.  Ancaq dölün virilizasiyasını təhdid edir və uşaqlıqdankənar hamiləliyin sayını artırır

Ana südü ilə qidalandırarkən AQOLUTİN istifadə edilməməlidir

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Konsentrasiyanın azalmasını sübut etmək üçün heç bir xüsusi test aparılmamışdır. Terapevtik dozada təsir ehtimalı azdır. Nəzəri olaraq çox yüksək dozadan sonra hipnotik effekt dozadan asılı şəkildə təsvir olunur.

 

 

İstifadə qaydası və dozası

Preparat  əzələdaxili  istifadə  olunur.

Ikincili amenoreya hallarında progesteronun əvəz olunması ancaq yumurtalıqlarda kifayət qədər esterogen sintezinin sübutu zamanı, yəni progesteron testi müsbət olarsa effektlidir

Premenopauza oliqomenoreyası zamanı disfunksional qanaxma tutmalarından qaçmaq üçün menstural siklin hər 42-ci -əgər özbaşına mensturasiya baş vermirsə-60mq aqolutin əzələ daxilinə. Əgər 3 bu cür aqolutinin dövrü tədbiqi təkrarladıqdan sonra qanaxma olmursa, hesab olunur ki, yumurtalıqların esterogen sintezində azalma stabildir və menopauza başlayır.

Anamnezində təkrari düşüklər zamanı progesteronla mülicə yalnız progesteron sintezinin çatışmazlığının sübutu zamanı. 25-100mq aqolutin həftədə 2 dəfə (ya hər gün, əgər zəruridirsə) hamiləliyin 8-16-cı həftəsinə qədər (ya daha uzun) orqanizmdə  progesteron səviyyəsinin birbaşa və ya dolayı monitorinq səviyyəsinin nəticələrindən asılı olaraq

Progesteron testi üçün 60mq aqolutin təyin edilir, əgər 14 gün ərzində hamiləlik baş vermirsə, test mənfidir bu (hamiləlik xaric) endometriumun lazımınca hazır olmaması ya uşaqlığın orqanik pozğunluğu deməkdir

Progesteronun profilaktik istifadəsi ancaq progesteron sintezinin çatışmazlığının sübutu zamanı özünü doğruldur (hamiləlik zamanı, lütein çatışmazlıq, klomofen və bənzərlərini istifadə edərək  anovulyator sonsuzluğun  terapiyasından sonra ) Ayrıca bu hallarda progesteron səviyyəsinin monitorinqi rahatdır

 

Əlavə təsirləri

MBT: ürəkbulanma, qusma, hiperpireksiya, bədən çəkisinin dəyişməsi, ödem; MSS: nevroz, qıcolma, libidonun dəyişməsi, yuxululuq, depressiyaya meyillilik, az hallarda baş ağrısı. Melanodermiya ya xloazma, süd vəzilərində gərginlik, övrə, vulvanın qaşınması,  kandidoz və yerli qıcıqlanma

 

Doza həddinin aşılması

Kəskin toksiklik məlumatları məlum deyil; təxminən 100 mq dozada hamiləlik dövründə adi konsentrasiyanın yalnız 1/10 hissəsinə çatır. Çox yüksək dozada yuxululuq ya uşaqlığın spazmı yarana  bilər.

 

Buraxılış forması

2 ml məhlul, ampulda. 5  ampul,  içlik  vərəqə  ilə  birlikdə  karton  qutuya  qablaşdırılır.

 

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda, işıqdan qorunmaq üçün orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Soyutmayın və ya dondurmayın

 

Yararlılıq müddəti

Yararlılıq  müddəti  qablaşdırıldığı  qutunun  üzərində  göstərilmişdir.

Yararlılıq  müddəti  bitdikdən  sonra  istifadə  etmək  olmaz.

 

Aptekdən buraxılma şərti

Resept  əsasında  buraxılır

 

İstehsalçı/Ünvan

Farmacia Martin a.s., Slovakiya Respublikası.

Sklabinska 28, 036 01 Martin, Slovak Republic.

© 2022 Dərmançı. Bütün hüquqlar qorunur.