Akriderm SK 15 q Məlhəm

Array
3,70 ₼

Təsiredici maddələr

Betametazon, Salisil turşusu

Email

Tərkibi

Təsiredici maddə:  100 q məlhəmin tərkibində 100% maddəyə nəzərən 0,064q  betametazon di-

                               propionat (0,05 q betametazona ekvivalent) və 100% maddəyə nəzərən 3q

                               salisil turşusu vardır. 

Köməkçi maddələr:duru parafin, vazelin.

 

Təsviri

Ağ rəngdən sarımtıl çalarlı ağ rəngə qədər yarımşəffaf məlhəmdir. Zəif xüsusi iyə malik olması yolveriləndir.

 

Farmakoterapevtik qrupu

Qlükokortikosteroid + keratolitik vasitə.

ATC kodu: D07XC01.

 

Farmakoloji xüsusiyyətləri

Xaricə istifadə üçün kombinəolunmuş preparatdır. İltihabəleyhinə, allergiyaəleyhinə, antiseptik, keratolitik təsir göstərir.

Betametazondipropionat qlükokortikosteroid olub, iltihabəleyhinə, allergiyaəleyhinə, antieks-sudativ, ödeməleyhinə və qaşınmaəleyhinə təsir göstərir. Leykositlərin toplanmasını, iltihab ocağında lizosomal fermentlərin və proiltihab mediatorlarının azad olmasını tormozlayır, faqositozu inhibə edir, damar-toxuma keçiriciliyini azaldır, iltihabi ödemin yaranmasına mane olur.

Salisilturşusukeratolitik, mikrobəleyhinə təsirləri təmin edir, buynuz qişanın təbəqələşməsini aradan qaldırır və qlükokortikosteroidin daha dərinə nüfuz etməsinə səbəb olur.

 

İstifadəsinə göstərişlər

Hiperkeratozla müşayiət olunan dermatozların yerli müalicəsi: psoriaz, məhdudlaşmış və diffuz neyrodermit, qırmızı yastı dəmrov, ekzema, dishidrotik dermatit, ixtioz və ixtioz formalı dəyişikliklər.

 

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq, dəri vərəmi, perioral dermatit, çivzələr (rozasea), xroniki venoz çatışmazlığı fonunda trofik xoralar, dəri şişləri (dəri xərçəngi, nevus, ateroma, epitelioma, melanoma, hemangioma, ksantoma, sarkoma); sifilisin dəri təzahürləri, suçiçəyi, sadə herpes (dəmrov), dərinin postvaksinal reaksiyaları, açıq yaralar, laktasiya dövrü, 1 yaşa qədər uşaq yaş dövrü.

 

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər preparatın istifadəsi ilə bağlı yüksək həssaslıq əlamətləri və ya dərinin qıcıqlanması qeyd edilərsə, müalicəni dayandırmaq və pasiyentə adekvat müalicə seçmək lazımdır.

Uzunmüddətli müalicə zamanı, preparatı dərinin geniş sahələrinə sürtdükdə, okklüzion sarğıdan istifadə zamanı, həmçinin uşaqlarda istifadə zamanı qlükokortikosteroidlərin sistem absorbsiyası mümkündür.

Uşaqlarda 1 yaşından etibarən preparat yalnız ciddi göstərişlər üzrə və həkim nəzarəti altında istifadə olunur, belə ki, betametazonla bağlı sistem əlavə təsirlərin inkişafı mümkündür. Preparatın geniş sahələrdə və/və ya qkklüzion sarğı altında istifadəsi zamanı hipotalamus-hipofiz-böyrəküstü vəzi sisteminin funksiyasının tormozlanması və hiperkortisizm simptomlarının inkişafı mümkündür, boy hormonunun ekskresiyasının azalması, kəllədaxili təzyiqin yüksəlməsi müşahidə edilə bilər.

Yerli təsirli qlükokortikosteroidlərlə uzunmüddətli müalicədən sonra bədənin digər sahələrinə nisbətən üz dərisində daha tez-tez atrofik dəyişikliklər meydana çıxa bilər; bu halda müalicə kursu 5 gündən artıq olmamalıdır. 

Akriderm məlhəmi oftalmologiyada istifadə üçün nəzərdə tutulmamışdır. Preparatın gözə düş-məsinə yol verilməməlidir.

Uzunmüddətli istifadədən sonra preparatla müalicənin dayandırılması tədricən həyata keçiril-məlidir.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri aşkar edilməmişdir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Qlükokortikosteroidlərin hamilə qadınlarda yerli istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Bu qrup dərman preparatlarının hamiləlik dövründə təyini özünü yalnız o halda doğruldur ki, potensial fayda mümkün riskdən üstün olsun. Bu qrup preparatlar hamiləlik dövründə yüksək dozalarda və ya uzun müddət ərzində istifadə edilməməlidir.

Qqlükokortikosteroidlərin yerli istifadəsi zamanı onların ana südünə nüfuz edib-etməməsi müəyyən edilməmişdir, ona görə də laktasiya dövründə preparatdan istifadə zamanı ana südü ilə qidalandırmanın dayandırılması məsələsini həll etmək lazımdır.

 

İstifadə qaydası və dozası

Xaricə istifadə olunur.

Akriderm SK gündə 2 dəfə - səhər və axşam dərinin zədələnmiş sahəsinə nazik təbəqə şəklində yaxılır. Başqa istifadə tezliyi xəstəliyin ağırlığından asılı olaraq, həkim tərəfindən müəyyən edilə bilər.

Yüngül hallarda məlhəmi, adətən gündə 1 dəfə istifadə etmək kifayətdir; daha ağır zədələnmə hallarında məlhəmdən daha tez-tez istifadə etmək lazım gələ bilər.

 

Əlavə təsirləri

Qlükokortikosteroidlərin yerli istifadəsi zamanı yanma hissi, qıcıqlanma, dəridə quruluq, follikulit, hipertrixoz, civzəyəbənzər səpgilər, hipopiqmentasiya, perioral dermatit, allergik kontakt dermatiti müşahidə edilə bilər. Uzunmüddətli istifadə zamanı, həmçinin oklüziv sarğı altında istifadə zamanı dərinin maserasiyası, ikincili infeksiya, bişməcə, purpura meydana çıxa bilər. Bədənin geniş sahələrinə yaxıldıqda, xüsusən uşaqlarda qlükokortikosteroidlərin və salisilatların sistem əlavə təsirlərinin meydana çıxması mümkündür.

Bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir meydana çıxarsa, həkimə müraciət etmək lazımdır.

 

Doza həddinin aşılması

Doza həddinin kəskin aşılması az ehtimal olunur, lakin, preparatın həddindən artıq uzun müddət ərzində istifadəsi zamanı doza həddinin hipokortisizm əlamətləri (hiperqlikemiya, qlükozuriya, böyrəküstü vəzinin qabıq maddəsinin dönər xarakterli tormozlanması, Kuşinq sindromunun meydana çıxması) ilə müşayiət olunan xroniki aşılması mümkündür.

Müalicəsi

Simptomatik müalicə aparmaq lazımdır. Xroniki toksik təsir zamanı preparatın istifadəsinin tədricən dayandırılması tövsiyə olunur.

 

Buraxılış forması

Xaricə istifadə üçün məlhəm  0,05 % + 3 %.

15 q və ya 30 q məlhəm, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

15 - 25 oС temperaturda  və  uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

2 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

İstehsalçı/ istifadəçilərin iradlarını qəbul edən təşkilat

“AKRİXİN” “Kimya-əczaçılıq kombinatı Səhmdar cəmiyyəti (“AKRİXİN” SC), Rusiya

142450, Moskva vilayəti, Noqinsk rayonu, Staraya Kupavna ş., Kirov küç., ev 29.

Telefon/Faks: +7 (495) 702-95-03.

© 2022 Dərmançı. Bütün hüquqlar qorunur.