Aevit N30 Kapsula

Array
2,86 ₼

Təsiredici maddələr

A vitamini, E vitamini

Email

Tərkibi

Təsiredici maddələr: 1 kapsulda 0,1 ml 55%-li retinol palmitatın yağlı məhlulu

                                  (100000BV)  (vitamin A), 0,1 q Alfa-Tokoferol asetat (vitamin E) vardır.

Köməkçi maddələr:    qarğıdalı yağı.

 

Təsviri

Sferik formada, tünd-sarı rəgdən açıq-qəhvəyi rəngə qədər, hamar səthi ilə, zədəsiz və gözə görünən hava əlavələrsiz jelatin kapsullar. Kapsullar açıq-sarı rəngdən tünd-sarı rəngə qədər iysiz yağlı maye ilə doldurulub.

 

Farmakoterapevtik qrupu

Polivitamin vasitə.

ATC kodu: A11JA.

 

Farmakoloji xüsusiyyətləri

Kombinəolunmuş preparat olub, təsiri tərkibinə daxil olan A və E vitaminlərinin xüsusiyyətləri ilə əlaqədardır. Retinol (vitamin A) normal rəngli və alatoran vaxtlarda görmə üçün lazımı olan görmə piqmentlərin formalaşmasında iştirak edir; epitelial toxumalrın bütövlüyünü təmin edir, sümüklərin inkişafını tənzimləyir.  Tokoferol (vitamin E) antioksidant xüsusiyyətlərə malikdir, membranlarda doymamış yağ turşuların lipoperokdləşmədən qorunmasını təmin edir; hüceyrə arası maddənin, birləşdirici toxumanın kollaqen və elastik liflərinin, həzm traktının, damarların saya əzələlərinin formalaşmasında iştirak edir. AYEVİT pozulmuş kapilyar qan dövranını bərpa edir, kapilyar və toxuma keçiriciliyyini normallaşdırır, hipoksiyaya qarşı toxumaların davamlığını artırır.

 

İstifadəsinə göstərişlər

Avitaminoz A, E

Aşağıda göstərilən hallarda kompleks müalicədə istifadə edilir:

  • Toxumaların trofikasının pozulması ilə müşayiət edilən dərinin zədələnmələri və xəstəlikləri (psoriaz, ekzemanın bəzi formaları, ixtioz, seboreyalı dermatit);
  • Obliterasiyaedici endarteriit.

 

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, A və/ya E hipervitaminozu, 18 yaşa qədər uşaqlar, hamiləlik, laktasiya dövrü.

Ehtiyatla: tireotoksikoz, xroniki qlomerulonefrit, xroniki ürək çatışmazlığı, xolesistit, xroniki pankreatit.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Vitamin E qlükokortikosteroid preparatların, qeyri-steroid iltihab əleyhinə vasitələrin effektini gücləndirir, ürək qlikozidlərinin, A və D vitaminlərinin toksikliyini azaldır və effektivliyini artırır.

Epilepsiyalı xəstələrdə ( hansıların qanında lipidlərin peroksid oksidləşməsi nəticəsində əmələ gələn maddələrin səviyyəsi yüksəkdir)  epilepsiya əleyhinə vasitələrin effektivliyini yüksəldir.

Tetrasiklin sırasından olan antibiotiklərlə uyuşmur. Salisilatlar və qlükokortikosteroidlər ayevitin əlavə effektlərinin əmələ gəlməsi riskini azaldır.

Tərkibində mineral yağ və kolestiramin olan bağırsaq işlədici vasitələr A və E vitaminlərin mənimsənilməsini azaldır.

Peroral kontraseptivlər qan plazmasında A vitaminin konsentrasiyasını artırır.

E vitaminin sutkada 400 V çox olan dozalarda antikoaqulyantlarla (kumarin və indandion törəmələri) birgə istifadəsində hipotrombinemiyanın əmələ gəlməsinin riski artır.

 

İstifadə qaydası və dozası

Yalnız həkimin göstərişi üzrə istifadə edilir.

Gündə 1 kapsul, qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir. Müalicə kursu – 30-40 gün. Həkimin məsləhətindən sonra müalicə kursunun təkrar keçirilməsi mümkündür.

 

Əlavə təsirləri

Allergik reaksiyalar (dəri səpgiləri), nadir hallarda – epiqastral nahiyədə diskomfort hissi, ürəkbulanma, diareya. Uzunmüddətli istifadəsində xroniki pankreaitit və öddaşı xəstəliyinin kəskinləşməsi mümkündür.

 

Doza həddinin aşılması

Doza həddinin kəskin aşılmasının simptomları (qəbulundan 6 saat sonra əmələ gəlir): A hipervitaminozu: böyüklərdə: yuxuyameyllik, əzginlik, ikigörmə, başgicəllənmə, kəskin baş ağrısı, ürəkbulanma, dayanmadan qusma, diareya, əsəbilik, diş damağında qansızmalar, ağız boşluğunun selik qişasında quruluq və yaralar, dodaqların və dərinin  (xüsusən əllərin iç hissəsində) kəpəklənmə, şüurun qarışığı, kəllədaxili təzyiqin yüksəlməsi (körpələrdə - hidrosefaliya, əmgəyin şişməsi).

Xroniki intoksikasiyanın simptomları: iştahanın pozulması, sümüklərdə ağrı, dəridə quruluq və çatlar, dodaqlarda və ağız boşluğunun selik qişasında quruluq, qastralgiya, qusma, hipertermiya, asteniya, həddindən artıq yorğunluq, baş ağrısı, fotohəssaslıq, pollakiuriya, nikturiya, poliuriya, əsəbilik, saçların tökülməsi, burun-dodaq üçbucağ nahiyyədə, əllərin iç hissəsində və əyağın altında sarı-narınc rəngli ləkələr, hepatoksik əlamətlər, gözdaxili hipertenziya, oliqomenoreya, portal hipertenziya, hemolitik anemiya, sümüklərin rentgenoqramlarında dəyişikliklər, qıcolmalar.

Müalicəsi: preparatın ləğv olunması, simptomatik müalicə.

E vitamininin doza həddinin aşılmasının simptomları: sutkada 400-800 V dozaların uzunmüddətli istifadəsində - görmə qabiliyyətinin aydın olmaması, başgicəllənmə, başağrısı, ürəkbulanma, diareya, qastralgiya, asteniya; sutkada 800 V çox olan dozaların uzunmüddətli istifadəsində - K hipovitaminozu ilə xəstələrdə qanaxmaların riskinin artması, tireoid hormonların metabolizminin pozulması, seksual funksiyanın pozğunluqları, tromboflebit, nekrotik kolit, sepsis, hepatomeqaliya, hemorragik insult, assit.

Müalicəsi: preparatın ləğv olunması, simptomatik müalicə.

 

Buraxılış forması

Kapsullar.

25 kapsul, tutqun şüşədə və ya polimer bankalarda və ya 10 kapsul, konturlu-yuvalı  qablaşdırmada.  1 banka və ya 1, 2, 3, 4, 5 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Stasionarlar üçün:  20-50 tutuqun şüşə banka, 100-200 polimer banka, 50-150 konturlu-yuvalı qablaşdırma bərabər sayda içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

5-20º C temperaturda, quru, işıqdan qorunan  yerdə saxlamaq lazımdır. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

2 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

 

İstehsalçı

QSC  “Altayvitaminı”, Rusiya Federasiyası.

Adres: 659325, Rusiya Federasiyası, Altay vil, Biysk şəh. Zavodskaya küç. 69.

Tel.: (3854) 338-719; 326-948.

Faks: (3854) 326-943.

www.altayvitamin.ru

 

Rusiya Federasiyasında nümayəndəlik

Tel.:/Faks: (495) 178 - 65 - 01.

© 2022 Dərmançı. Bütün hüquqlar qorunur.